AZ

Osimhen kapitanlıq sarğısını niyə qəbul etməyib?

style='margin-bottom:10px;'>

"Qalatasaray"ın ulduz hücumçusu Viktor Osimhen "Alanyaspor"la baş tutan matçda kapitanlıq sarğısını taxmaqdan imtina etməsinə aydınlıq gətirib.

QOL.az xəbər verir ki, matçın 79-cu dəqiqəsində bir qol və bir məhsuldar ötürmə ilə yadda qalan kapitan Lukas Torreyra əvəzlənərkən sarğı İlkay Gündoğana verilib. Təcrübəli yarımmüdafiəçi sarğını Osimhenə təklif etsə də, nigeriyalı forvard bundan nəzakətlə imtina edərək onu geri qaytarıb.

Oyundan sonra klubun mətbuat xidmətinə danışan Osimhen bu qərarını İlkaya olan dərin hörməti ilə əlaqələndirib:

"İlkay çox hörmət etdiyim və mənim üçün çox dəyərli olan biridir. O, bütün dünyada tanınan, həm sakit, həm də motivasiyaedici bir liderdir. Hər zaman məsləhət ala biləcəyimiz geniş dünyagörüşlü insandır. Kapitanlıq sarğısını mənə gətirəndə özümü qəribə hiss etdim. Bizə rəhbərlik etməsi üçün onu geri qaytardım. İlkay oyuna daxil olduğu hər an bizə kömək edir və o, sevilməyə layiq olan biridir".

Qeyd edək matç "Qalatasaray"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
1
1
teleqraf.com

2Mənbələr