AZ

Türk sürücü Təbrizdəki vəziyyəti lentə aldı

Türkiyəli yük maşını sürücüsü hazırda Təbrizdə olan vəziyyəti videoya çəkərək yayıb. O, kadrlarda şəhərdə müşahidə olunan son durumu şərh edib və bölgədə baş verən hadisələr barədə məlumat verib.

KONKRET.az xəbər verir ki, yayımlanan görüntülərdə şəhər üzərində qalxan tüstü və nəqliyyat vasitələrinin intensiv hərəkəti əks olunub. Sürücü qeyd edib ki, hazırkı vəziyyət gərgin olaraq qalır.

Hadisə ilə bağlı rəsmi qurumların açıqlaması hələlik yoxdur.

Natiq Səlm,
KONKRET.az

Seçilən
22
1
konkret.az

2Mənbələr