“Oyundan sonra rəqib komandanın baş məşqçisi ilə matçda baş verən münaqişədən danışdıq”.
QOL.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sabah”la keçirilən matçdan (3:3) sonra mətbuat konfransında deyib:
“Çünki onların köməkçisi bizə qarşı ədəbsizlik etmişdi. Bildirdim ki, bizim bütün heyətdən buna görə üzr istəmək lazımdır. O da dedi ki, məşqçinin əvəzinə mən hamınızdan üzr istəyirəm”.
Əldə etdiyimiz xəbərə görə, hadisəyə səbəb “Sabah”ın məşqçilərindən birinin “Qarabağ”ın məşqçisi Müşfiq Hüseynova qeyri-etik jest etməsi səbəb olub.