AZ

Son bir gün ərzində İrandan 17 ölkənin vətəndaşı Azərbaycana təxliyə edilib

Son bir gün ərzində İrandan ümumilikdə 123 nəfər “Astara” sərhəd-keçid məntəqəsindən Azərbaycana təxliyə edilib.

KONRKET.az xəbər verir ki, onlardan 54-ü azərbaycanlı, 69-u isə 17 ölkənin vətəndaşıdır.

Azərbaycan tərəfi həmin şəxslərə keçid üçün zəruri şərait yaradıb.

Belə ki, Səudiyyə Ərəbistanının 18, Çinin 18, BƏƏ-nin 6, Tacikistanın 5, İordaniyanın 4, Qətərin 3 , Banqladeşin 3, Filippinin 2, Nepalın 2, İtaliyanın 1, Pakistanın 1, Polşanın 1, Tunisin 1, Livanın 1, Hindistanın 1, Fransanın 1 və Braziliyanın 1 nəfər vətəndaşı həmin ölkədəki vəziyyətlə əlaqədar Azərbaycana təxliyə olunub.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.

Seçilən
0
1
konkret.az

10Mənbələr