AZ

Bu ölkə futbol yarışlarını dayandırdı

Qətər Futbol Assosiasiyası Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bütün futbol yarışlarının təxirə salındığını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, qurumun X-də yaydığı bəyanatda bildirilib:

“Qətər Futbol Assosiasiyası bu gündən etibarən növbəti bildirişədək bütün turnirlərin, yarışların və oyunların təxirə salındığını elan edir. Yarışların bərpa olunacağı yeni tarixlər Assosiasiyanın rəsmi kanalları vasitəsilə açıqlanacaq”.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İran əleyhinə birgə hərbi əməliyyata başlayıb. İran isə cavab olaraq ABŞ-ın hərbi bazalarına və İsrail, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyndəki obyektlərinə zərbələr endirib. /Unikal/

Seçilən
79
3
nocomment.az

4Mənbələr