AZ

Tramp: Əməliyyat başa çatana qədər daha çox itki olacaq

ABŞ-ın İrana qarşı davam edən əməliyyatı, ilkin böyük hücumlarda üç Amerika əsgərinin vəfatından sonra daha çox ölüm və yaralanmaya səbəb ola bilər.

"Far.Az" xəbər verir ki, Amerika lideri bu barədə dünən "Truth Social" sosial şəbəkəsində yayımlanan videoda xəbərdarlıq edib.

"Ölkəmiz naminə son dərəcə fədakarlıq göstərən əsl Amerika vətənpərvərlərinin itkisinə yas tuturuq. Yaralıların tam sağalması üçün dua edirik və həlak olanların ailələrinə dərin sevgimizi və əbədi minnətdarlığımızı bildiririk. Təəssüf ki, əməliyyat başa çatana qədər daha çox itki olacaq. Reallıq budur. Çox güman ki, daha çox olacaq", - deyə Tramp yekunlaşdırdı.

Seçilən
40
4
far.az

5Mənbələr