Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi regionda münaqişənin kəskinləşməsi fonunda İranın ölkədəki səfirini çağıraraq etiraz notası təqdim edib.
Reyting.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb.
Bəyanatda BƏƏ-nin İranın terror aktlarını və hücumlarını pislədiyi bildirilib. Qeyd olunub ki, Birləşmiş Ərəb Əmirliklərinin ərazisinə endirilən zərbələr ölkənin suverenliyinin pozulması, milli təhlükəsizliyə təhdid və beynəlxalq konvensiyaların pozulmasıdır.
"Bu ciddi və məsuliyyətsiz eskalasiya BƏƏ-nin öz ərazisindən İrana qarşı hər hansı hərbi əməliyyatda istifadə edilməsinə icazə verməyəcəyinə dair aydın mövqeyinə məhəl qoymur".
E. KAMAL
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.