AZ

Maykl Kerrikdən tarixi rekord: “Mançester Yunayted”də bir ilk

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Mançester Yunayted” futbol komandasının baş məşqçisi Maykl Kerrik klubun tarixinə düşüb. Premyer Liqanın 28-ci turunda “Kristal Palas” üzərində qazanılan 2:1 hesablı qələbə mütəxəssis üçün rekordla əlamətdar olub.

İdman.Biz “Squawka” nəşrinə istinadla xəbər verir ki, Kerrik “Mançester Yunayted”in tarixində rəhbərlik etdiyi ilk beş ev oyununun hamısında qələbə qazanan ilk məşqçidir.

Bu seriya ərzində mançesterlilər “Old Trafford”da “Arsenal” (3:2), “Mançester Siti” (2:0), “Fulhem” (3:2), “Tottenhem” (2:0) və son olaraq “Kristal Palas”ı məğlub ediblər.

Hazırda “Mançester Yunayted” 51 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Kerrikin komandası növbəti turda, martın 4-də səfərdə “Nyukasl”ın qonağı olacaq.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr