Goranboyda Tərtər sakinini bıçaqlayan şəxs tutulub. 1news.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib. Qurumun əməkdaşının sözlərinə görə, polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ç. Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Naftalan şəhər sakini, 33 yaşlı N. Əliyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.