AZ

BƏƏ Tehrandakı səfirliyini bağlayır

BƏƏ Xarici İşlər Nazirliyi bildirib ki, regiondakı gərginlik fonunda Birləşmiş Ərəb Əmirlikləri Tehrandakı səfirliyini bağlamaq və İran paytaxtındakı səfirini və bütün diplomatlarını geri çağırmaq qərarına gəlib.

Vətəninfo.az xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyinin mətbuat açıqlamasında deyilir: “BƏƏ Tehrandakı səfirliyinin bağlandığını və səfirin və İrandakı diplomatik missiyanın bütün üzvlərinin geri çağırıldığını elan edir”.

Dubay, Əbu-Dabi və hətta Şarja Amerika obyektləri səbəbindən İranın hücumlarına məruz qalıb. Daha sonra Fars körfəzində BƏƏ-yə məxsus neft quyusuna hücum edilib (şəkildə). Əbu-Dabidəki Fransa dəniz bazasına edilən hücumun görüntüləri də internetdə dərc olunur. Bildirilir ki, Əbu-Dabidəki İsrail səfirliyinin yerləşdiyi binaya pilotsuz təyyarə çatıb.

Seçilən
45
veteninfo.az

1Mənbələr