AZ

Goranboyda 47 yaşlı kişiyə xəsarət yetirən qaynının qardaşı olub TƏFƏRRÜAT

Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Goranboyda Tərtər sakinini bıçaqlayan şəxs tutulub. Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib. Qeyd olunub ki, polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini, 1979-cu il təvəllüdlü C. Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Naftalan şəhər sakini, 1993-cü il təvəllüdlü N. Əliyev saxlanılıb. 

 

Əldə etdiyimiz qeyri rəsmi xəbərə görə N. Əliyev C. Hüseynovun qaynının qardaşıdır. Mübahisə zəminində o, qardaşının ünvanına təhqiramiz sözlər işlətdiyi üçün Hüseynova xəsarət yetirdiyi bildirilir. 

Faktla bağlı araşdırma aparılır.Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
73
18
bizim.media

10Mənbələr