Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.
Qısa müddətdə geniş auditoriya qazanan "Yeraltı" serialı təəccüblü bir iddia ilə yenidən diqqət mərkəzinə gəlib.
"Unikal" xəbər verir ki, Türkiyənin məşhur "Kurtlar Vadisi" serialında unudulmaz "Polat Alemdar" obrazını canlandıran Necati Şaşmazın da ekran işinə qoşulacağı barədə şayiələr gəzir.
Sosial mediada sürətlə yayılan bu iddia serialın pərəstişkarları arasında böyük həyəcana səbəb olub. Qeyd olunur ki, Necati Şaşmaz "Yeraltı" serialının qarşıdakı bölümlərində qonaq aktyor kimi çıxış edəcək.
Lakin bu məsələ ilə bağlı nə prodüser şirkəti, nə də kanal tərəfindən rəsmi açıqlama verilməyib.
Onu da qeyd edək ki, serialın ssenari müəllifi Raci Şaşmaz və Berna Aruzdur.
Gülayə Mecid
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.