AZ

Qızıl və gümüşün birjadakı qiymətləri yüksəldi

İrana zərbələr endirildikdən sonra qızılın birjadakı qiyməti 2% artıb.

Oxuməni.az xəbər verir ki, bu, Comex (Nyu-York Ticarət Birjasının bir bölməsi) ticarət məlumatlarından irəli gəlir.

Nyu-York birjasında qızılın aprel fyuçerslərinin qiyməti bir unsiya üçün 5334 dollara yüksəldi.

Bakı vaxtı ilə saat 03:09-a olan məlumata görə, qızılın qiyməti bir unsiya üçün 5377 dollara çataraq 1,52% artım göstərib. Saat 03:21-ə qədər metalın dəyəri artım tempini yavaşladaraq 5360,1 dollar (+1,2%) təşkil edib.

Bununla yanaşı, Comex məlumatlarına görə, gümüş fyuçersləri yanvarın 30-dan bəri ilk dəfə olaraq bir unsiya üçün 95 dollar həddini keçib.

Almaz Həsənli

Seçilən
21
1
oxumeni.az

2Mənbələr