AZ

İsrail Ordusu Hizbullaha qarşı hücum əməliyyatına başlayıb

İsrail Ordusu Hizbullaha qarşı bir neçə gün davam edəcək hücum əməliyyatına başlayıb.

Azpost.info bildirir ki, bu barədə Baş Qərargah rəisi Eyal Zamir açıqlama verib.

“Hizbullaha qarşı hücum kampaniyasına başlamışıq. Biz sadəcə özümüzü müdafiə etmirik; indi hücuma keçirik. Bir neçə günlük döyüşə hazırlaşmalıyıq” -deyə Zamir vurğulayıb.

Raket hücumlarından sonra İsrail artıq Beyrutda və Livanın cənubundakı Hizbullah hədəflərinə bir neçə hava hücumu həyata keçirib.

AzPost.az

Seçilən
3
azpost.info

1Mənbələr