AZ

Bakı metrosunda xətlərin ayrılması üzrə son vəziyyət açıqlanıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" stansiyasında xətlərin ayrılması üçün nəzərdə tutulmuş "Şaxta 1" və "Şaxta 2"də qazma işləri tam yekunlaşıb.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin Tikinti Layihələrinin İdarəedilməsi departamentinin rəisi Məmməd Rzayev bildirib.

Onun sözlərinə görə, həmin şaxtalara keçid tunelləri inşa edilib: "Hazırda ərazidə yeni tunellərin inşasına başlanılması üçün hazırlıq işləri görülür".

Metro rəsmisi qeyd edib ki, hazırda xətlərin ayrılması ilə bağlı iki əsas layihə həyata keçirilir: "Dərnəgül" deposunun tikintisi üzrə ikinci mərhələsinin başa çatması və xətlərin ayrılması ilə bağlı yeni tunellərin inşası bir-birinı bağlı layihələrdir. "Yaşıl xətt"in müstəqil fəaliyyət göstərməsi üçün depo mütləqdir və "Dərnəgül" deposunda ikinci fazasının bitməsi yeni tunellərin inşasına zəmin yaradacaq. Bu çərçivədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtomobil tuneli və piyada tunelinin inşasını davam etdirir. Həmin layihənin bizə lazım olan hissədə bitməsini gözləyirik. Bundan sonra metro xəttini depo ilə birləşdirəcək, xətlərin ayrılmasına imkan verəcək yeni tunellərin inşasına başlayacağıq".

Seçilən
0
3
far.az

4Mənbələr