“İnter Mayami”nin ulduz futbolçusu Lionel Messi daha bir diqqətçəkən uğura imza atıb.
Publika.az xəbər verir ki, o, cərimə zərbələrindən vurulan qolların sayında mütləq rekordçu - Braziliya və dünya futbolunun əfsanəsi Peleyə çatıb. Argentinalı ulduz buna MLS müntəzəm çempionatının “Orlando Siti” ilə oyununda (4:2) nail olub.
Messi görüşdə dubl edib. Argentinalı futbolçu ikinci qolunu görüşün 90-cı dəqiqəsində cərimə zərbəsindən vurub.
Bu, Leonun karyerasında cərimə zərbəsindən vurduğu 70-ci qol olub. O, bu göstəricidə Peleyə çatıb. Rekord isə cərimə zərbələrin mahir ustası, braziliyalı Juninho Pernambukanoya məxsusdur. Onun aktivində 77 qol var.