Bakı. Trend:
Əslində bu gün İran və ABŞ arasında danışıqların növbəti raundukeçirilməli idi. Lakin hazırda İrana hərbi hava hücumlarınımüşahidə edirsiz.
Trend xəbərverir ki, bunu İranın Azərbaycandakı səfiri Muctaba Dəmirçilutəşkil olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ilk dəfə deyil ki, belə bir hadisə başverir:
"Ötən ilin iyun ayında da oxşar hadisə baş vermişdi. Diplomatikdanışıqlar zamanı hava hücumlarına başlamaq ABŞ üçün adi halaçevrilib. Bu gün artıq müharibənin üçüncü günüdür. İran ABŞ-ninbölgədəki hərbi bazalarını özünü qanuni müdafiəsi hüququna əsasənhədəf alır. İran özünümüdafiə istiqamətində qonşu ölkələrin deyil,ABŞ və İsrailin hədəflərini vurur. Son üç gün ərzində İrana qarşıhücumlar nəticəsində ölkənin Ali Lideri həlak olub".
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.
İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi havahücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onunailə üzvləri ölüb.
Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayorƏbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderininmüşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziriƏziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.