AZ

Müharibə qiymətləri bu qədər bahalaşdırdı- rəqəmlər

ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlar enerji bazarlarında kəskin dalğalanmaya səbəb olub.

Musavat.com xəbər verir ki, bazar ertəsi ticarət sessiyasının açılışında Avropada qazın qiyməti dərhal 20% artıb.

Londonun "ICE" birjasının məlumatlarına görə, Niderlandın TTF habında aprel fyuçerslərinin dəyəri min kubmetr üçün təxminən 470 dollara (və ya hər MVt-saat üçün 38,67 avro) yüksəlib. Qeyd edək ki, "ICE" birjasında qiymətlər əsasən avro/MVt-saat vahidi ilə nominasiya olunur.

Analitiklər bu sıçrayışı Hörmüz boğazı ətrafında yaranmış gərginlik və qlobal enerji təchizatı zəncirinin qırılma riski ilə əlaqələndirirlər. İranın regional tankerlərə və enerji infrastrukturuna endirdiyi zərbələr fonunda investorların narahatlığı qiymətlərin artımını stimullaşdırır. Bazar iştirakçıları hərbi əməliyyatların uzunmüddətli xarakter alacağı təqdirdə qiymətlərin daha da yüksələcəyini proqnozlaşdırırlar.

Musavat.com

Seçilən
11
musavat.com

1Mənbələr