AZ

Qlobal bankdan Hörmüz boğazı ssenariləri

Qlobal enerji dəhlizlərinin ən mühüm yollarından biri olan Hörmüz boğazında mümkün bağlanma neft bazarlarını birbaşa təhdid edir.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ABŞ-ın investisiya bankı "Goldman Sachs" boğazda daşımaların bir ay müddətinə dayanması və ya yavaşlaması halında neftin qiymətində yarana biləcək artımları ssenarilər ilə sıralayıb.

1. Tam bağlanma (müdaxilə edilməsə) | +15 dollar

Boğazın bir ay ərzində tamamilə bağlı qalması və strateji neft ehtiyatlarından (Strategic Petroleum Reserve - SPR) istifadə edilməməsi və ya alternativ boru kəmərlərinin istifadə olunmaması halında qiymətlərin 15 dollar artacağı gözlənilir.

2. Tam bağlanma (boru kəməri dəstəyi ilə) | +12 dollar

Tam bağlanma zamanı mövcud olan 4 milyon barrel həcmində ehtiyat boru kəməri gücünün tam işə salınması halında qiymət artımının 12 dollar səviyyəsində qalacağı proqnozlaşdırılır.

3. Tam bağlanma (boru kəməri + strateji ehtiyatlar) | +10 dollar

Boru kəmərlərinin istifadəsinə əlavə olaraq qlobal strateji neft ehtiyatlarının (SPR) bir ay ərzində gündəlik 2 milyon barrel sürətlə bazara çıxarılması halında qiymət artımının 10 dollarla məhdudlaşacağı gözlənilir.

4. 50% bağlanma | +4 dollar

Boğazdakı axının yarıbayarı azalması və ehtiyat boru kəməri gücünün aktiv istifadəsi halında qiymətlərə təsirin 4 dollar olacağı ehtimal edilir.

5. 25% bağlanma | +1 dollar

Daşımaların 25% həcmində azalması və boru kəməri gücünün istifadədə qalması vəziyyətində qiymət artımının yalnız 1 dollar səviyyəsində olacağı proqnozlaşdırılır.

Əlavə edək ki, Bakı vaxtı ilə saat 11:30-da Brent nefti  8,70% bahalşama ilə 79,21 dollara ticarət olunub. Bu gün səhər neftin qiyməti 82 dollaradək yüksəlmişdi. (Marja)

Seçilən
17
2
fed.az

3Mənbələr