AZ

Teymur Musayev "Yüksəliş" müsabiqəsinin qalibi ilə görüşüb

Səhiyyə naziri Teymur Musayev IV "Yüksəliş" müsabiqəsinin qalibi Ayaz Məmmədovla görüşüb.

"Report" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə səhiyyə sektorunda aparılan islahatlar, idarəetmədə innovativ yanaşmalar, rəqəmsallaşma prosesi və insan resurslarının inkişafı məsələləri diqqətə çatdırılıb.

Nazir müsabiqə qalibinin təklif və təşəbbüslərini dinləyərək "Yüksəliş" müsabiqəsi qaliblərinin peşəkar inkişafına dəstəyin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.

Görüş çərçivəsində səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması və innovativ həllərin tətbiqi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Seçilən
2
1
far.az

10Mənbələr