AZ

Fulya Öztürkün varlığı ilə yoxluğu mənə MARAQLI DEYİL

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Tele-aparıcı İlqar Mikayıloğlunun son açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, aparıcı Türkiyəli həmkarı Fulya Öztürk haqqında səsləndirdiyi fikirlərlə diqqət mərkəzinə düşüb.

Mikayıloğlu jurnalistikanın emosional yanaşmanı qəbul etmədiyini vurğulayaraq bildirib:

"Jurnalist emosional olduğu halda, olduğu yerdə baş verən hadisə barədə düzgün məlumat çatdıra bilməz. Fulya necə ki, etmişdi. Mənə bir düzgün məlumatı çatdıra bilmədi. Mən ümumiyyətlə işimi sevirəm. Fulyanın varlığı ilə yoxluğu qəti maraqlı deyil. Həqiqətən marağımda deyil".

Aparıcının bu sözləri xüsusilə sosial mediada birmənalı qarşılanmayıb. Bəzi izləyicilər onun fikirlərini peşəkar mövqe kimi dəyərləndirsə də, digərləri açıqlamanı həmkarına qarşı sərt hesab ediblər.

Müzakirələrdə əsas diqqət çəkən məqam isə jurnalistikada emosional yanaşmanın rolu olub. Bir qrup istifadəçi hesab edir ki, xüsusilə hadisə yerindən reportaj hazırlayan jurnalistlərin emosiyalarını tam gizlətməsi hər zaman mümkün deyil. Digər tərəf isə obyektivliyin əsas prinsip olduğunu və şəxsi münasibətlərin işə təsir etməməli olduğunu vurğulayır.

Musa

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
2
news.milli.az

3Mənbələr