AZ

Səudiyyə Ərəbistanı MN neft emalı zavoduna hücumla bağlı MƏLUMAT YAYDI

Səudiyyə Ərəbistanı neft emalı zavoduna hücum etməyə çalışan dronları ələ keçirdiyini, dağıntıların yanğına səbəb olduğunu bildirib.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu səhər Ras Tanura neft emalı zavoduna "hücum etməyə cəhd edən" iki dron ələ keçirilib və məhv edilib.

Qeyd olunub ki, hadisə nəticəsində kiçik yanğın baş verib və mülki şəxslər arasında itki olmayıb.

Xatırladaq ki, şənbə günü - fevralın 28-i İsrail İrana raket zərbələri endirib. Daha sonra ABŞ hücumları İsraillə birgə həyata keçirdiyini bəyan edib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. Hücumlar nəticəsində İranın Ali Dini lideri Əli Xamaneyi və ölkənin bir sıra yüksək rütbəli şəxsləri öldürülüb.

Seçilən
24
far.az

1Mənbələr