ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 2 mart, AZƏRTAC
Çox əlamətdar bir gündür. Belə bir tədbirin təşkil olunması məşqçilərimiz, idmançılarımız və ümumilikdə idman mütəxəssisləri üçün böyük əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev ölkəmizdə ilk dəfə təşkil olunan Məşqçilər Forumunun “Baş məşqçinin rolu: lider, pedaqoq, yoxsa menecer” adlı birinci panel iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, uzun müddətdir belə bir forumun keçirilməsi gözlənilirdi və nəhayət bu gün reallaşıb: “Forumda həm yerli, həm də xarici mütəxəssislər iştirak edir. Sloveniya və İsveçdən olan mütəxəssislər də burada öz fikirlərini bölüşür, idmançılarımız və məşqçilərimiz üçün müxtəlif sahələrdə təcrübələrini təqdim edirlər. Tədbir həm fərdi, həm də komanda idman növlərində gələcəkdə hansı istiqamətlərdə fəaliyyət göstərməli olduğumuzu göstərmək baxımından çox faydalıdır. Ümid edirəm ki, bu cür tədbirlər ölkəmizdə davamlı olaraq keçirilər”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.