AZ

Çin vətəndaşı İranda ölüb

Yaxın Şərqdə hərbi toqquşmalar zamanı Çinin bir vətəndaşı İranın paytaxtı Tehranda ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Qeyd edək ki, rəsmi Pekin fevralın 27-də - hərbi əməliyyatlar başlamazdan bir gün əvvəl öz vətəndaşlarını İranı ən qısa zamanda tərk etməyə çağırıb.

Çinin İranla qonşu ölkələrdəki, o cümlədən Azərbaycandakı səfirliyi Çin vətəndaşlarının təxliyəsi üçün xüsusi qərargah yaradıb. Martın 1-də Çinin 18 vətəndaşı, martın 2-də isə 50 vətəndaşı Azərbaycan-İran sərhədindəki Astara sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana təxliyə olunub.

Seçilən
1
1
azerbaijan-news.az

2Mənbələr