Azertag saytına istinadən ain.az xəbər verir.
Bakı, 2 mart, AZƏRTAC
Pentaqon rəhbərliyi Tehranın ABŞ-nin hərbi əməliyyatına cavab tədbirləri ilə bağlı paranoyya vəziyyətinə düşüb.
AZƏRTAC xəbər verir ki, “The Washington Post” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb.
Məlumata əsasən, Pentaqonun və ABŞ-nin digər qurumlarının yüksəkvəzifəli məmurları arasında İranla münaqişənin nəzarətdən çıxa biləcəyi ilə bağlı narahatlıqlar artıb. Nəşrin həmsöhbətinin sözlərinə görə, hazırda əhvali-ruhiyyə bədbindir.
Amerikalı generallar döyüşlərin həftələrlə davam edəcəyindən və ABŞ-nin hava hücumundan müdafiə ehtiyatlarının tükənəcəyindən qorxurlar. Ekspertlər İran raketini doğru vurmaq üçün çox vaxt iki və ya üç tutucu raketin lazım olduğunu deyirlər.
Qəzet, həmçinin əlavə edib ki, cavab zərbələri və Tehranın məhv etdiyi çox sayda hədəf ABŞ hakimiyyəti arasında narahatlığa səbəb olub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.