AZ

London şokda: Britaniya Körfəz ölkələrini qorumaq üçün Ukrayna ordusundan təcili kömək istədi

Böyük Britaniyanın Baş naziri Ukrayna ekspertlərini Fars körfəzi ölkələrinin müdafiəsinə cəlb etmək niyyətində olduqlarını bəyan edib.

Musavat.com xəbər verir ki, Londonun bu addımı regionda İran pilotsuz uçuş aparatlarının yaratdığı təhlükənin nə dərəcədə ciddi olduğunu bir daha ortaya qoyub.

Britaniya hökumət başçısının sözlərinə görə, "Şahid" tipli dronlarla mübarizədə böyük təcrübə qazanmış ukraynalı mütəxəssislər öz biliklərini britaniyalı ekspertlərlə birlikdə tərəfdaş ölkələrin təhlükəsizliyi üçün səfərbər edəcəklər.

Bu əməkdaşlıq çərçivəsində Ukrayna hərbçilərinin dron əleyhinə effektiv müdafiə sistemlərinin qurulmasında yaxından iştirak edəcəyi gözlənilir.

Musavat.com

Seçilən
4
musavat.com

1Mənbələr