AZ

BƏƏ ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq

Ajans.az “Time Out Dubai”a istinadən xəbər verir ki, BƏƏ hava sahəsinin müvəqqəti bağlanması səbəbindən, bütün daxili və xarici uçuşlar ləğv edilib. BƏƏ-nin Ümumi Mülki Aviasiya İdarəsi ölkəsinə qayıda bilməyən bütün turistlərin yaşayış xərclərinin dövlət hesabına ödəniləcəyini bildirib.

Qeyd edək ki, hazırda BƏƏ-də regional münaqişə fonunda qalmış turistlər arasında Azərbaycan vətəndaşları da var. Onların xərclərini də BƏƏ hökuməti qarşılayacaq.

Seçilən
8
10
Ajans.az

10Mənbələr