AZ

"İrana endirilən zərbələr əvvəlcə BMT-də müzakirə olunmalı idi"

Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, İsrail və ABŞ-nin İrana qarşı “birtərəfli” hücumları əvvəlcədən Birləşmiş Millətlər Təşkilatı kimi kollektiv qurumlarda müzakirə olunmalı idi.

Redaktor.az xəbər verir ki, bu barədə "France 24" məlumat yayıb.

Barro jurnalistlərə deyib: “Yalnız BMT Təhlükəsizlik Şurasına müraciət güc tətbiqinə lazımi legitimlik verə bilər”.

O əlavə edib ki, hazırda fransızlar arasında itki və ya yaralanma barədə məlumat yoxdur.

Fransa xarici işlər naziri həmçinin Livanı regional eskalasiyadan çəkinməyə çağırıb: “Fransa Livan dövlətinin suverenliyini və təhlükəsizliyini dəstəkləməyə davam edəcək və biz regiondakı silahlı qüvvələri müzakirə etmək üçün onlarla birlikdə konfrans təşkil edəcəyik”, – deyə o bildirib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
48
1
redaktor.az

2Mənbələr