Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Fransa lazım gələrsə, Körfəz ölkələrini və İordaniyanı İrandan müdafiə etməyə hazırdır.
APA “Al Arabiyya”ya istinadən xəbər verir ki, bu bəyanatla Fransanın xarici işlər naziri Jan-Noel Barro bu gün mətbuat konfransında çıxış edib.
“SEPAH-ın raket və pilotsuz uçuş aparatları ilə qəsdən hədəfə alınmış və seçmədikləri bir müharibəyə sürüklənmiş müttəfiq ölkələrə – Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İraq, Bəhreyn, Küveyt, Oman və İordaniyaya Fransa tam dəstəyini və tam həmrəyliyini ifadə edir”, – nazir bildirib.
O qeyd edib ki, Fransa onların müdafiəsində iştirak etməyə hazırdır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.