AZ

Departament rəisi: Bakı metrosunda xətlərin ayrılması istiqamətində işlər davam etdirilir

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 2 mart, AZƏRTAC

Bakı metrosunda xətlərin ayrılması layihəsi çərçivəsində mühüm mərhələlər üzrə işlər davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı “Bakı Metropoliteni” QSC-nin Tikinti Layihələrinin İdarəedilməsi departamentinin rəisi Məmməd Rzayev bildirib.

Onun sözlərinə görə, metronun “28 May” stansiyası ətrafında yerləşən “Şaxta 1” və “Şaxta 2” sahələrində şaxtaların qazıntısı tam başa çatdırılıb.

“Həmin ərazilərdə mövcud tunellərə keçid tunelləri də inşa edilib. Hazırda yeni tunellərin tikintisinə başlanılması üçün hazırlıq işləri həyata keçirilir. Bakı metrosunda xətlərin ayrılması ilə bağlı iki əsas layihə paralel şəkildə icra olunur. Bunlardan biri “Dərnəgül” deposunun tikintisinin ikinci mərhələsinin başa çatdırılması, digəri isə xətlərin ayrılması layihəsi üzrə yeni tunellərin inşasıdır. Bu layihələr bir-biri ilə sıx əlaqəlidir. Yaşıl xəttin müstəqil fəaliyyət göstərməsi üçün depo mütləqdir. “Dərnəgül” deposunun ikinci fazasının başa çatması xətlərin ayrılması layihəsi üzrə yeni tunellərin inşasına başlanılması üçün zəmin yaradacaq”, – deyə departament rəisi bildirib.

Məmməd Rzayev əlavə edib ki, layihə çərçivəsində yol inşaatı ilə bağlı zəruri olan hissənin tamamlanmasından sonra metro xəttinin depo ilə birləşdirilməsi və yeni tunellərin inşasına başlanılması nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
azertag.az

2Mənbələr