AZ

Levandovskidə sınıq aşkarlandı

“Barselona”nın hücumçusu Robert Levandovski İspaniya Kubokunun yarımfinal mərhələsinin “Atletiko” ilə cavab oyununu buraxmalı olacaq.

Msport.az xəbər verir ki, klubun yaydığı məlumata görə, polşalı forvard “Vilyarreal”la matçda (4:1) başından ciddi zədə alıb.

Tibbi müayinələr nəticəsində futbolçunun sol göz yuvasının daxili hissəsində sümük sınığı aşkar edilib. Bu səbəbdən o, sabah “Atletiko”ya qarşı baş tutacaq matçda iştirak edə bilməyəcək.

Qeyd edək ki, “Nou Kamp”da baş tutacaq qarşılaşma kataloniyalılar üçün olduqca çətin sınaq olacaq. Çünki Madrid təmsilçisi ilə ilk görüşdə “Barselona” 0:4 hesablı məğlubiyyətlə üzləşib.

Seçilən
16
msport.az

1Mənbələr