AZ

Milan derbisi öncəsi itki

İtaliya çempionatının 27-ci turunda keçirilən “Kremoneze” – “Milan” matçı qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Msport.az xəbər verir ki, bunun fonunda “rossonyerlər” itki ilə üzləşib.

Gənc müdafiəçisi Davide Bartesaqi qarşılaşma zamanı zədələnib. O, “Milan”ın ilk qoluna səbəb olan künc zərbəsini qazandığı epizodda xəsarət alıb.

Tibbi müayinələrin ilkin nəticələrinə görə, gənc oyunçunun bərpa müddəti hələ dəqiq bilinməsə də, onun növbəti həftə keçiriləcək “İnter”lə derbi matçını buraxacağı dəqiqləşib.

Qeyd edək ki, “Milan” bu qələbədən sonra xallarını 57-yə çatdıraraq turnir cədvəlində ikinci pillədəki mövqeyini qoruyur.

Seçilən
2
2
msport.az

3Mənbələr