AZ

Pakistanda ABŞ əleyhinə etirazlarda 24 nəfər ölüb

Pakistanda ABŞ əleyhinə etirazlarda 24 nəfər ölüb

Pakistanda ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarına etiraz olaraq keçirilən aksiyalarda azı 24 nəfər həyatını itirib.

AFN.az "Bloomberg"ə istinadən xəbər verir ki, hadisələr əsasən Karaçi, Lahor və İslamabad kimi böyük şəhərlərdə, həmçinin ölkənin şimal bölgələrində baş verib.

Məlumata görə, ən şiddətli toqquşmalar Karaçidə ABŞ Konsulluğuna hücum cəhdi zamanı qeydə alınıb. Etirazçılar İranın Ali Rəhbəri Əli Xameneinin öldürülməsinə reaksiya olaraq küçələrə çıxıb, ABŞ və İsrail əleyhinə şüarlar səsləndiriblər.

Toqquşmalar zamanı təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında qarşıdurma yaranıb, nəticədə onlarla insan yaralanıb. ABŞ-ın Pakistandakı səfirliyi və konsulluqları təhlükəsizlik tədbirləri çərçivəsində fəaliyyətini müvəqqəti dayandırıb.

Seçilən
92
afn.az

1Mənbələr