AZ

Keçmiş klubu onu “Qarabağ”dan istədi, danışıqlar başladı - SON DƏQİQƏ

“Qarabağ”ın ukraynalı legioneri Aleksey Kaşukun karyerasını vətənində davam etdirə biləcəyi yönündə xəbərlərdən məlumatlısız.
Bu ölkənin pressasının iddiasına görə, yarımmüdafiəçi Ukrayna Premyer Liqasının klublarından birinin maraq dairəsinə düşüb.
Oyunçu ilə hansı komandanın maraqlandığı açıqlanmır. Kaşukun əvvəlcə icarəyə veriləcəyi, müqaviləsinə isə sonradan birdəfəlik keçidi təmin edən bəndin daxil ediləcəyi ehtimal olunur.
Lakin… Saytımızın əldə etdiyi məlumata görə, 26 yaşlı ukraynalıya həqiqətən maraq var. Fəqət, ölkəsindən yox, keçmiş klubundan. “Sabah“ 2022-2024-cü illər aralığında icarə əsasında xidmətindən yararlandığı Alekseyi sıralarına qatmaq üçün hərəkətə keçib. “Qarabağ“la ilkin danışıqlara start veriblər. “Köhlən atlar“la müqaviləsinin bitməsinə hələ 1 ildən çox vaxt qalan vingeri birdəfəlik transfer etmək istədiklərini elan ediblər.
“Bayquşlar”ın heyətində 41 oyun keçirmiş Kaşuk 18 qol, 12 məhsuldar ötürmə ilə masazırlıların tarixində Coy-Lens Mikelsdən sonra ən məhsuldar oyunçu olub.
Kaşuk 2024-cü ildən “Qarabağ”ın formasını geyinir. O, bu müddətdə Azərbaycan çempionatında 68 oyunda 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Cari mövsümdə Çempionlar Liqasında 8 matçda iştirak edən futbolçu 1 qola imza atıb. Ukraynalı yarımmüdafiəçi həmin görüşlərin yalnız birində start heyətində yer alıb.

SPORTİNFO.AZ

Seçilən
22
sportinfo.az

1Mənbələr