AZ

Türkiyə OECD-nin ən sürətlə böyüyən 3-cü iqtisadiyyatıdır

Türkiyə ötən ilə dair məlumatları açıqlanan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələr arasında iqtisadiyyatı ən sürətlə böyüyən ilk 3 ölkə sırasına daxil olub.

QHT.az Türkiyə  mediasına istinadən xəbər verri ki, OECD ölkələri arasında 2025-ci il üzrə 3,6 faizlik artım göstəricisi ilə Polşa ilə üçüncü yeri bölüşən Türkiyə, artım məlumatları açıqlanan G20 ölkələri arasında da ilk 5 ölkə sırasında yer alıb.

Türkiyə ilk üçlükdə

Türkiyə həyata keçirdiyi iqtisadi proqram və göstərdiyi performans nəticəsində iqtisadi artımını davam etdirir. Türkiyə Statistika Qurumunun (TÜİK) açıqladığı məlumatlara əsasən, Türkiyə iqtisadiyyatı 2025-ci ilin son rübündə illik 3,4 faiz, rüblük 0,4 faiz, ilin ümumi yekununda isə 3,6 faiz artım qeydə alıb.

Beləliklə, rüblük artım seriyasını 22 rübə, illik artım seriyasını isə 16 ilə çatdıran Türkiyə OECD-nin ən sürətlə böyüyən ölkələri siyahısında ilk 3-lükdə yer alıb. Türkiyə 3,6 faiz artım göstəricisi ilə Polşa ilə üçüncü yeri bölüşüb.

Ən yüksək artım göstəricisi 12,6 faizlə İrlandiyaya, 4,6 faizlə isə Kosta Rikaya məxsus olub. Siyahıda Türkiyə və Polşadan sonra 3,1 faizlə İsrail, 2,9 faizlə Danimarka qərarlaşıb.

ÜDM (Ümumi Daxili Məhsul) məlumatları açıqlanan OECD ölkələri arasında ən aşağı artım göstəricisi isə 0,2 faizlə Almaniya və Finlandiyada qeydə alınıb.

Türkiyə G20 siyahısında 5-ci yerdədir

Türkiyə artım göstəricisi açıqlanan G20 ölkələri arasında 3,6 faizlə 5-ci sırada yer alıb.

2025-ci ildə G20 ölkələri arasında ən yüksək iqtisadi artım 7,6 faizlə Hindistanda qeydə alınıb. Hindistandan sonra 5,11 faizlə İndoneziya, 5 faizlə Çin və 4,5 faizlə Səudiyyə Ərəbistanı qərarlaşıb.

2025-ci il üzrə bəzi ölkələrin artım göstəriciləri (faizlə)

OECD ölkələri:

  • İrlandiya – 12,6
  • Kosta Rika – 4,6
  • Türkiyə – 3,6
  • Polşa – 3,6
  • İsrail – 3,1
  • Danimarka – 2,9
  • İspaniya – 2,8
  • Litva – 2,8
  • ABŞ – 2,2
  • Kanada – 1,7
  • Almaniya – 0,2
  • Finlandiya – 0,2

 

G20 ölkələri:

  • Hindistan – 7,6
  • İndoneziya – 5,11
  • Çin – 5
  • Səudiyyə Ərəbistanı – 4,5
  • Türkiyə – 3,6
  • ABŞ – 2,2
  • Kanada – 1,7
  • Böyük Britaniya – 1,3
  • Yaponiya – 1,1
  • Fransa – 0,9
  • Meksika – 0,8
  • İtaliya – 0,7
  • Almaniya – 0,2
Seçilən
33
qht.az

1Mənbələr