AZ

Rusiya vətəndaşlarının növbəti qrupu İrandan təxliyə edildi FOTO

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Federasiyası vətəndaşlarının növbəti qrupunun İrandan Azərbaycana keçidi təmin edilib.Bizim.Media xəbər verir ki, müvafiq prosedurlardan sonra 15-ə yaxın Rusiya vətəndaşı “Astara” dövlət sərhədindən buraxılış məntəqəsindən təxliyə edilərək təhlükəsiz şəkildə ölkə ərazisinə daxil olub.Bundan başqa, səhər saatlarından başlayaraq 10 Azərbaycan, 5 Çin, 4 Tacikistan və 20-yə yaxın Pakistan vətəndaşının da təxliyəsi həyata keçirilib.

 

Təxliyə olunan şəxslər sərhəd-keçid məntəqəsində sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçirildikdən sonra xüsusi avtobuslar ilə təyinat yerlərinə yönləndiriliblər.

Təxliyə iştirakçıları onlara göstərilən diqqət, qayğı və qonaqpərvərlik üçün Azərbaycan dövlətinə və xalqına təşəkkürlərini bildiriblər.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
4
bizim.media

5Mənbələr