AZ

İranın Müdafiə Nazirliyinə rəhbər təyin olunub

Bakı. Trend:

İran prezidenti Məsud Pezeşkian general Seyid Məcid İbn Əl-Rzanıİranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin rəhbəritəyin edib.

Trend-inməlumatına görə, bunu İran Prezident Aparatının Rabitə vəİnformasiya Xidmətinin direktor müavini Seyid Məhəmməd MehdiTabatabai “X” platformasındakı hesabında yazıb.

Qeyd edək ki, indiyə qədər general Seyid Məhəmməd İbn Əl-Rzamüdafiə nazirinin əvəzedicisi idi.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi havahücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onunailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayorƏbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderininmüşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziriƏziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Seçilən
3
5
az.trend.az

10Mənbələr