AZ

“Xameneinin ölümü Putinin devrilməsini sürətləndirəcək” - Ukrayna XİN rəhbəri

"İranın Ali rəhbəri Seyid Əli Xameneinin rejiminin süqutu Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətinin zəifləməsinə və məğlubiyyətinin sürətlənməsinə səbəb ola bilər".Missiya.Az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andriy Sibiqa özünün “X” sosial media hesabında yazıb.Sibiqanın sözlərinə görə, Moskva müttəfiqini xilas etməyə tələsmir və Kremlin əsas marağı neft qiymətlərinin artmasıdır. O vurğulayıb ki, Putin yalnız Xameneinin ölümündən sonra başsağlığı verib və bununla kifayətlənib. Moskva tarix boyu dəstəyinə güvənən tərəfdaşlarını ən kritik anda tək qoyub. Sibiqa Suriyanın keçmiş Prezidenti Bəşər Əsəd, Venesuela lideri Nikolas Maduro və Xameneinin mümkün süqutunun Moskva üçün strateji nəticələr doğuracağını əlavə edib. Daşqın HəsənovMissiya.Az

Seçilən
14
missiya.az

1Mənbələr