AZ

Ukrayna İran dronlarının məhv edilməsində müttəfiqlərinə yardım etməyəhazırdır

Ukrayna müttəfiqlərinə İran dronlarının məhv edilməsi ilə bağlı hərbi təcrübəsini bölüşməyə hazırdır. 

Redaktor.az xəbər verir ki, bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

“Bizim hərbçilərimizin təcrübəsinə gəlincə — bəli. Dron operatorlarımız və hava hücumundan müdafiə (HHM) qüvvələrimizlə bağlı məlumat bölüşməyə hazırıq. Tərəfdaşlarımız bizə gələ bilərlər, bu istiqamətdə əməkdaşlığı davam etdirə bilərik”, — deyə Zelenski vurğulayıb.

O qeyd edib ki, buna baxmayaraq, xarici tərəfdaşlardan heç biri indiyədək birbaşa Ukraynaya müraciət edərək yardım istəməyib.

Aytəkin TOFİQQIZI

Seçilən
2
1
redaktor.az

2Mənbələr