AZ

İftar menyusu nda bu gün

ain.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Axşam.az "İftar menyusu"nu təqdim edir:

Kremli toyuq şorbası

Ərzaqlar:

1 ədəd toyuq filesi

1 ədəd kartof

1 ədəd kök

1 ədəd soğan

2 xörək qaşığı kərə yağı və ya duru yağ

2 xörək qaşığı un

1 stəkan qaymaq

4 stəkan su (və ya toyuq bulyonu)

Duz, qara istiot

İstəyə görə azca keşniş və ya şüyüd

Hazırlanması:

Toyuq sinəsini kiçik kub şəklində doğrayın və yağda yüngül qızardın. Üzərinə xırda doğranmış soğanı əlavə edib, 2-3 dəqiqə birlikdə bişirin. Doğranmış kartof və kökü əlavə edin. Unu qatıb qarışdırın, sonra suyu (və ya bulyonu) tökün. Tərəvəzlər yumşalana qədər (təxminən 15-20 dəqiqə) bişirin. Sonda qaymağı əlavə edib, duz-istiot vurun və 3-4 dəqiqə də qaynadın. İstəsəniz blenderdən keçirib, tam krem halına sala bilərsiniz. Süfrəyə verərkən üzərinə göyərti səpin.

Sobada toyuq

Ərzaqlar:

4-5 ədəd toyuq budu (və ya qanad)

5-6 ədəd kartof

2 diş sarımsaq

1 ədəd soğan

3 xörək qaşığı zeytun yağı və ya duru yağ

1 çay qaşığı qırmızı bibər

1 çay qaşığı qara istiot

1 çay qaşığı keklikotu (və ya qarışıq ədviyyat)

Duz, istəyə görə azca limon suyu

Hazırlanması:

Kartofları soyub iri dilimlərə doğrayın. Toyuqları yuyub suyunu qurulayın. Böyük qabda yağ, əzilmiş sarımsaq, ədviyyatlar, duz və limon suyunu qarışdırın. Toyuq və kartofu bu sousa qatıb yaxşıca qarışdırın. Sobaya qoyacağınız qaba düzün, üzərini falqa ilə örtüb 180 dərəcədə təxminən 45-50 dəqiqə bişirin. Üzü qızarana yaxın üstünü açıq saxlayın ki, tam qızarsın.

Şokoladlı keks (Sobasız da olar)

Ərzaqlar:

2 ədəd yumurta

1 stəkan şəkər tozu

1 stəkan süd

Yarım stəkan duru yağ

2 xörək qaşığı kakao

1 paket qabartma tozu

1 paket vanil

1,5 stəkan un

Hazırlanması:

Yumurta və şəkəri yaxşıca qarışdırın. Süd və yağı əlavə edib qarışdırın. Kakao, vanil və qabartma tozunu tökün. Sonda unu əlavə edib hamar xəmir əldə edin. Yağlanmış formaya tökün. 180 dərəcə isidilmiş sobada təxminən 30-35 dəqiqə bişirin. Üzərinə şokolad sousu və ya şəkər kirşanı səpə bilərsiniz. İstəsəniz bunu qazın üstündə, vam odda da bişirə bilərsiniz. Qazın üstünə qoya biləcəyiniz tavaya töküb qapağı örtün. Kənarda süd, kakao, şəkər toxu və adi qara şokoladı əridib, üzərinə duru halda tökün. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
137
9
axsam.az

10Mənbələr