AZ

Böyük Britaniyanın Azərbaycana təyin etdiyi yeni səfir kimdir? - DOSYE

Böyük Britaniyanın Azərbaycana yeni təyin etdiyi fövqəladə və səlahiyyətli səfir Dunkan Norman Fergus Auldu bu ilin mayında əvəz edəcək.

Moderator.az Dunkan Normanın dosyesini təqdim edir.

Dunkan Norman uzun illər diplomatik sahədə müxtəlif rəhbər vəzifələrdə çalışıb və geniş beynəlxalq təcrübəyə malikdir.

O, diplomatik fəaliyyətinə 1990-cu ildə başlayıb. 2016-21-ci illərdə ölkəsinin Albaniyadakı səfiri, Banqladeş və Ermənistanda isə səfir müavini vəzifələrində çalışıb. Həmçinin diplomat 2021-22-ci illərdə Böyük Britaniyanın Daxili İşlər Nazirliyində fəaliyyət göstərib.

Dunkan Norman 2022-23-cü illərdə Xarici İşlər, Birlik və İnkişaf Ofisində Ukraynanın Bərpası şöbəsinin direktor müavini, 2023-24-cü illərdə Milli Təhlükəsizlik Katibliyində Birgə Fondlar şöbəsinin direktor müavini vəzifələrində çalışıb.

Qeyd edək ki, yeni səfirin təyinatı Böyük Britaniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.

Seçilən
42
1
moderator.az

2Mənbələr