AZ

8 rayonunun ərazisindən keçən su kəmərindən REPORTAJ

Ajans.az xəbər verir ki, kəmərin su ilə təmin olunması məqsədilə Oğuz rayonu ərazisində 81 istismar və 20 müşahidə quyusu qazılıb. Layihəyə əsasən, hər bir quyunun məhsuldarlığı saniyədə 70 litr proqnozlaşdırılsa da, hazırda bəzi quyularda bu göstərici saniyədə 80-90 litrə qədər yüksəldilib. Müşahidə quyularında aparılan daimi monitorinqlər su ehtiyatlarının dinamikasının və debit göstəricilərinin layihədə nəzərdə tutulduğundan daha yüksək olduğunu təsdiqləyir. Bu da mənbənin potensialının kifayət qədər geniş olduğunu göstərir. Sinxron: Ceyhun Musaoğlu (İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat katibi) Hazırda Oğuz rayonunun Sincan kəndindəyik. Oğuz-Qəbələ-Bakı su kəməri vasitəsilə Bakıya ötürülən su özüaxımlı rejimlə 81 subarezian quyudan bu kənddə fəaliyyət göstərən suqəbuledici kameralara toplanır, kameralardan da hazırda üzərində dayandığımız iki ədəd on min kubmetrlik anbarlara dolur. Anbarlardan yenə özüaxımlı rejimdə Oğuz-Qəbələ-Bakı su kəmərinə vurulur. Su anbarlarlarına tökülən su öncədən suqəbuledici kamerada emal olunur, zərərsizləşdirilir. Daha sonra su magistral kəmər vasitəsilə paytaxt istiqamətində nəql edilir. Kəmər boyunca suyun sabit və təhlükəsiz ötürülməsini təmin etmək məqsədilə üç təzyiq nizamlayıcı (Oğuz Qurğular Kompleksi, 153-cü kilometr və Abşeron Qurğular Kompleksi ərazilərində) və iki təzyiqqırıcı kamera (31-ci və 158-ci kilometrlərdə) quraşdırılıb. İş rejimi müasir SCADA nəzarət sistemi vasitəsilə avtomatlaşdırılmış qaydada izlənilir və idarə olunur. Su kəməri ölkənin 8 rayonunun ərazisindən keçərək paytaxta qədər uzanır. Oğuz-Qəbələ-Bakı kəməri ilə Bakıya verilən içməli suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının müəyyən etdiyi beynəlxalq standartlara tam uyğundur və yüksək gigiyenik göstəricilərə malikdir. Oğuz-Qəbələ-Bakı su kəməri vasitəsilə verilən su Bakı şəhərinin, Abşeron, Yasamal, Nəsimi, Səbail, Nərimanov, Nizami, Xətai və  Binəqədi rayonlarının bir hissəsini, eləcə də magistral xəttin marşrutu boyunca yerləşən bir sıra yaşayış məntəqələrini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edir. Bu layihə paytaxtın su təchizatının şaxələndirilməsi, ekoloji tarazlığın qorunması, əhalinin sosial rifahının yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Seçilən
167
18
Ajans.az

10Mənbələr