Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Böyük Britaniyadan ukraynalı mütəxəssislərin Körfəzdə İran pilotsuz uçuş aparatlarının vurulmasına cəlb edilməsi ilə bağlı birbaşa sorğular almamışıq.
APA “Evropeyskaya Pravda”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.
“Birbaşa olaraq Britaniyadan, digər tərəfdaşlardan, eləcə də Yaxın Şərqdən heç bir sorğu almamışıq. Mən bu barədə heç kimlə danışmamışam, buna görə də əlavə müzakirə etmək üçün heç bir şey yoxdur”, - Zelenski qeyd edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.