AZ

“Zəkəriyyənin məbəddəki vəhyi” tablosunun məşhur rəssama aid olduğu təsdiqləndi

Kulis.az saytından alınan məlumata görə, ain.az bildirir.

Hollandiyanın "Rijksmuseum" muzeyində çalışan tədqiqatçılar XVII əsrə aid “Zəkəriyyənin məbəddəki vəhyi” adlı tablonun məşhur holland rəssamı Rembrandta məxsus olduğunu elmi üsullarla təsdiqləyiblər.

Kulis.az xəbər verir ki, əsər İncil hekayəsinə əsaslanaraq baş kahin Zəkəriyyənin məbəddə baş mələk Cəbrailin müjdəsini aldığı anı təsvir edir; tabloda mələk görünməsə də, sağ yuxarı küncdən düşən işıq onun gəlişini simvolizə edir.

1960-cı ildə Rembrandta aid əsərlər siyahısından çıxarılan və 1961-ci ildə şəxsi kolleksiyaya satıldıqdan sonra ictimaiyyətə göstərilməyən tablo, indiki sahibinin təşəbbüsü ilə 65 ildən sonra yenidən araşdırılıb.

İki il davam edən tədqiqat zamanı makro-XRF analizləri, boya qatlarının öyrənilməsi və dendroxronoloji müayinələr əsərin 1633-cü ilə aid orijinal Rembrandt işi olduğunu təsdiqləyib.

Qeyd edək ki, “Zəkəriyyənin məbəddəki vəhyi” hazırda xüsusi kolleksiyaçı tərəfindən "Rijksmuseum"a uzunmüddətli icarəyə verilib və 4 mart tarixindən etibarən ziyarətçilərə təqdim olunacaq.

Hərəmxanaya bənzər emalatxana, 14 qeyri-qanuni övlad... - Onun hansı tablosu parlamentdə müzakirəyə çıxarılmışdı?

Atamın məzarını ziyarətə gedə bilmirəm… - Saleh Məmmədova açıq məktub

Haaqa məktəbinin ən realist rəssamı - O, qohumu Van Qoqa nə öyrətmişdi?

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
kulis.az

2Mənbələr