Almaniya İrana qarşı heç bir formada müharibədə iştirak etmək niyyətində deyil.
Publika.az xəbər verir ki, DW-nin məlumatına görə, bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib.
O əlavə edib ki, ABŞ-a İran raketlərini və buraxılış qurğularını məhv etmək üçün bölgədəki Britaniya bazalarından istifadə etməyə icazə verən Böyük Britaniyadan fərqli olaraq, Almaniyanın orada belə bazaları yoxdur.
Bundan əlavə, nazirin sözlərinə görə, Almaniyanın "müvafiq hərbi resursları da yoxdur", lakin "Bundesver əsgərləri hücum halında özlərini müdafiə edə bilərlər".
Alman ordu bölmələri hazırda İordaniya və İraqda yerləşdirilib.