AZ

Siyəzən Broyler ASC məşhur Amerika brendinin Azərbaycan üzrə filiallarının eksklüziv təchizatçısı oldu

Bakı. Trend:

Siyəzən Broyler ASC məşhur Amerika brendinin Azərbaycan üzrəfiliallarının eksklüziv təchizatçısı oldu.

Azərbaycanda qida sənayesi üçün əlamətdar hadisə kimiqiymətləndirilən "Popeyes" brendinin fəaliyyətə başlaması ilə bağlı28 fevral tarixində açılış tədbiri keçirilib. Tədbirdə, markanınekskluziv təchizat partnyoru kimi "Siyəzən Broyler" ASC-nin rəhbərheyəti də iştirak edib. Öz fikirlərini səsləndirməsi üçün səhnəyədəvət edilən "Siyəzən Broyler ASC"-nin direktoru Cavid Abbasov özfikirlərində bu cür bir markanın ölkəmizə gəlməsinin nə dərəcədəönəmli bir investisiya olduğunu vurğulayıb. Daha sonra o çıxışındabildirib: "2 marka arasındakı bu əməkdaşlıq iki il əvvəl atılan biraddımın nəticəsidir. Layihənin başlanğıc mərhələsində müəyyənçətinliklər və qeyri-müəyyənliklər olsa da, tərəfdaşlarınqarşılıqlı etimadı və ortaq vizionu bu prosesi uğurlatamamladı.

Layihənin ilk mərhələsində tərəfdaşlar tərəfindən verilən dəstək vəöhdəliklər bütün proses boyu öz təsdiqini tapdı. İnam və güvənprinsipi əsasında qurulan əməkdaşlıq nəticəsində layihə ardıcıl vəsistemli şəkildə inkişaf etdirildi. Bu gün Popeyes-inAzərbaycandakı ilk restoranının açılışı yalnız yeni bir brendinbazara daxil olması deyil, həm də yerli istehsal və təchizatzəncirinin beynəlxalq standartlara uyğunluğunun göstəricisidir.

Layihənin əsas tərəfdaşlarından olan Siyəzən Broyler şirkətininseçilməsi təsadüfi deyil. Şirkət 1986-cı ildən fəaliyyət göstərirvə Qafqaz regionunda ən böyük quşçuluq emal müəssisələrindənbiridir. 2018-ci ildən etibarən həyata keçirilən modernizasiya vəiri investisiyalar nəticəsində istehsal prosesləri tam inteqrasiyaolunmuş modelə keçib. Əməkdaşlıq çərçivəsində və eləcə də "SiyəzənBroyler"-in bütün istehsal prosesində ətraf mühitin qorunması,təbiətə atılan karbon izi emissiyası və ekoloji tarazlığınqorunması məsələləri üzrə beynəlxalq standartlara əməl edilməsişirkətin əsas prioritetlərindəndir. Şirkətin toyuq əti istehsalprosesi İSO 9001:2015, İSO 14001:2015, İSO 50001:2018, İSO27001:2022, İSO 10002:2018 kimi beynəlxalq keyfiyyətsertifikasiyalarından, həmçinin, İSO 14064-1:2018 Beynəlxalq Karbonİzi Hesabatı və İSO 14046 Korporativ Su İzi Hesabatı üzrə beynəxlaqnormativlərdən uğurla keçərək Beynəxalq Standartlara layiq istehsalprosesi olduğunu bir daha sübut etmişdir.

Siyəzən Broyler öz strukturunda inkubasiya mərhələsindən başlayaraqyem istehsalı, quşçuluq təsərrüfatları, kəsimxana, logistika vəsatış şəbəkəsinə qədər bütün istehsal zəncirini birləşdirir. Buinteqrasiya olunmuş model yüksək keyfiyyətə nəzarəti və beynəlxalqstandartlara uyğunluğu təmin edir.

Popeyes kimi nüfuzlu Amerika brendinin Azərbaycanda fəaliyyətəbaşlaması ölkənin qida sənayesi üçün mühüm inkişaf mərhələsidir.Belə bir brendin rəsmi təchizatçısı olmaq isə həm böyük şərəf, həmdə ciddi məsuliyyətdir.

Hər gün yüz minlərlə istehlakçıya təqdim olunan məhsullarınkeyfiyyəti və təhlükəsizliyi prioritet olaraq qalır. Popeyes-inyüksək və sərt keyfiyyət standartlarına uyğunlaşmaq üçün bütünlazımi prosedurlar uğurla həyata keçirilib və audit mərhələlərimüsbət nəticələnib.

Tərəfdaşlıq çərçivəsində əməkdaşlığın gələcəkdə daha dagenişlənməsi, yeni hədəflərin müəyyənləşdirilməsi və fəaliyyətindavamlı şəkildə inkişaf etdirilməsi planlaşdırılır." Bu fikirlərlənitqini sonlandıran Cavid Abbasov bir daha uğur və təbrikdiləklərini çatdırıb.

Qeyd edək ki, "Popeyes" Azərbaycan üzrə restoranlar şəbəkəsində"Siyəzən Broyler" ASC ilə əməkdaşlıq edir.

Seçilən
3
3
az.trend.az

4Mənbələr