AZ

Senator Lindsi Qrem: Havana məğlub olacaq

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 2 mart, AZƏRTAC

ABŞ İrana qarşı hərbi əməliyyatı başa çatdırdıqdan sonra növbəti hədəfi Kuba olacaq, onların sayılı günləri qalıb.

AZƏRTAC xəbər verir ki, Cənubi Karolina ştatından olan respublikaçı senator Lindsi Qrem bu barədə “Fox News” telekanalının efirində deyib. “Növbəti hədəf Kubadır. Havana məğlub olacaq”, - deyə senator bildirib.

Xatırladaq ki, fevralın 28-də səhər saatlarında ABŞ və İsrail İranın iri şəhərlərinə aviazərbələr endirməyə başlayıb. Minab şəhərində qızlar üçün ibtidai məktəbin bombardman edilməsi nəticəsində azı 140 uşaq həlak olub. Bombardman nəticəsində, həmçinin İranın Ali dini lideri Əli Xamenei və dörd ailə üzvü qətlə yetirilib. Son məlumata görə, raket və aviazərbələr nəticəsində həlak olan İran vətəndaşlarının sayı 550 nəfəri ötüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
80
2
azertag.az

3Mənbələr