AZ

Ömrü eşşəklə su daşımaqda keçənlər FOTOLAR

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Şəmkir rayonunun Hacıalılar kəndində 21-ci əsrdə belə əhali hələ də evlərinə su çatdırmaq üçün böyük çətinliklərlə üzləşir.Gununsesi.info “Yeni Sabah”-a xəbər verir ki, kənd sakinləri, xüsusilə qadınlar bulaqlardan su bidonlarını dolduraraq eşşəklərə yükləyib palçıqlı yollarla evlərinə daşıyırlar.

2026-cı il olmasına baxmayaraq, kənddə mərkəzləşdirilmiş su sistemi yoxdur və əhali gündəlik ehtiyaclarını bu üsulla təmin etməli olur. Fevral ayı, qışın soyuq günlərində bu vəziyyət kənd sakinləri üçün daha da çətinləşir.

Kənddə təkcə insanlar deyil, heyvanlar da susuzluqdan əziyyət çəkir və həmin bulağa su içməyə gedirlər.

Fotoqraf İlham Mustafayevin Hacıalılar kəndində insanların eşşəklə su daşımasını əks etdirən fotolarını təqdim edirik:

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
231
40
icma.az

10Mənbələr