AZ

Azərbaycan səfiri etimadnaməsini Timor Leste Prezidentinə təqdim edib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Pekin, 2 mart, AZƏRTAC

Azərbaycanın Timor-Leste Demokratik Respublikasındakı səfiri Ramil Rzayev etimadnaməsini ölkə Prezidenti Coze Ramuş-Hortaya təqdim edib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, etimadnamənin təqdim edilməsindən sonra keçirilən görüşdə səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını dövlət başçısına çatdırıb.

Prezident Coze Ramuş-Horta da səmimi salamlarının və xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Timor-Leste Prezidenti 2023-cü ilin martında X Qlobal Bakı Forumunda iştirak üçün Azərbaycana səfərini məmnunluqla xatırladığını bildirib və martın 12-14-də keçiriləcək XIII Qlobal Bakı Forumunda iştirak etməyi planlaşdırdığını vurğulayıb.

Görüş zamanı Azərbaycan ilə Timor-Leste arasında siyasi, iqtisadi və ticarət, investisiya, enerji, rəqəmsal inkişaf və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, səfir qarşı tərəfə regionda baş verən hadisələr və Azərbaycan ilə Ermənistan arasında aparılan normallaşma və sülh prosesi barədə ətraflı məlumat verib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
2
azertag.az

3Mənbələr