AZ

Gürcüstanda Seçki Məcəlləsinə yenidən dəyişiklik edilib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tbilisi, 2 mart, AZƏRTAC

Gürcüstan parlamentinin Hüquqi məsələlər komitəsi Seçki Məcəlləsinə təklif edilən dəyişikliyi dəstəkləyib.

AZƏRTAC xəbər verir ki, bu dəyişiklikdə beynəlxalq müşahidəçilərin və onları müşayiət edən tərcüməçilərin qeydiyyatı da daxil olmaqla, seçki prosedurları ilə bağlı müəyyən məsələlərin aydınlaşdırılması nəzərdə tutulur.

Prosedur məsələləri komitəsinin sədri Davit Matikaşvilinin bildirdiyinə görə, qanun layihəsinə əsasən, seçki komissiyasının iclasında iştirak edən şəxs tərəfindən iclasın foto, video və audio izlənilməsi qaydaları Mərkəzi Seçki Komissiyasının qərarı ilə müəyyən olunur.

Dəyişikliyə əsasən, beynəlxalq müşahidəçi yalnız yaşı 18-dən çox olan xarici ölkə vətəndaşı ola bilər.

Qanun layihəsində beynəlxalq müşahidəçini müşayiət edən tərcüməçinin qeydiyyata alınması prosedurları da müəyyən olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
1
azertag.az

2Mənbələr